• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Rusiya səfiri Niderland XİN-ə çağırıldı

DÜNYA

11 Sentyabr 2025 | 17:13

Rusiya səfiri Niderland XİN-ə çağırıldı

Rusiya səfiri Niderland Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “NOS.nl” məlumat yayıb.

Səfir Rusiya dronlarının Polşanın hava məkanını pozması ilə əlaqədar olaraq XİN-ə çağırılıb.

Niderlandın XİN Rusiya səfiri Vladimir Tarabrini çağıraraq Polşa ilə insidentə görə izahat tələb edib.

Qeyd olunub ki, Niderland hökuməti bu hadisəyə ciddi yanaşır və Moskvaya qarşı yeni sanksiyaların tətbiqini istisna etmir.

Xatırladaq ki, Polşanın hava məkanının müdafiəsində Niderland Hərbi Hava Qüvvələrinin F-35 qırıcıları da işt3irak edib. Bu təyyarələr NATO-nun Polşadakı hava patrulu missiyası çərçivəsində fəaliyyət göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026