• Bakı 23° C

    15.52 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Co Uilson: "Gürcü Arzusu" hökuməti xalqı diktaturaya sürükləyir

SİYASƏT

11 Sentyabr 2025 | 15:11

Co Uilson: Gürcü Arzusu hökuməti xalqı diktaturaya sürükləyir

"Gürcü Arzusu" hökuməti seçkiləri saxtalaşdıraraq hakimiyyətə gəlib və indi Gürcüstan xalqını diktaturaya aparır.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bunu Helsinkidə keçirilən dinləmələrdə komissiyanın həmsədri, konqresmen Co Uilson deyib.

Onun sözlərinə görə, hazırkı iqtidarın legitimliyi yoxdur və ölkəni avtoritar nəzarətin laboratoriyasına çevirib:

""Gürcü Arzusu" institutları dağıtdı, müxalifət liderlərini həbs etdi, dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etdi, müstəqil medianı susdurdu. Onlar hakimiyyəti saxtalaşdırılmış seçkilərlə əldə etdilər və bu gün Gürcüstanı Belarus və Rusiya kateqoriyasına yaxınlaşdırırlar. Hakim partiya Çinin Kommunist Partiyası ilə əməkdaşlığa gedərək ölkənin iqtisadiyyatı və infrastrukturunu Pekinin təsirinə açıb, eləcə də Qara dəniz limanının idarəsini Çinə verməklə Amerika bizneslərinin strateji marşrutlardan kənarlaşdırılmasına şərait yaradıb. Bu, Gürcüstanın gələcəyini birbaşa Amerikaya qarşı açıq qarşıdurmaya hazırlaşan rejimlərə bağlamaq deməkdir".

Konqresmen hesab edir ki, hökumət Putinlə sıx əməkdaşlıq edir. Moskvaya sanksiyalardan yayınmaqda və neft satışında yardım göstərir, halbuki Rusiya hələ də Gürcüstan ərazilərinin 20 faizini işğal altında saxlayır.

Gülşən Şərif


SON XƏBƏRLƏR