"Kiyev hazırda Rusiya ilə danışıqlara hazır deyil, çünki şərtlər hələ yerinə yetirilməyib".
Bakıvaxtı.az "The Kyiv İndependent"ə istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Denis Şmıxal deyib.
Nazir bildirib ki, Rusiyanı Ukraynanın istədiyi şərtləri qəbul etməyə məcbur etmək üçün silah və sanksiyalar lazımdır:
"Biz birlikdə işləməli, sanksiyalar təzyiqini artırmalıyıq. Bizə lazım olan bütün silahlara ehtiyacımız var".
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Ukrayna tərəfi ilə əsas məsələlərdə razılığa gəlmək praktiki olaraq mümkün olmayacaq.
Gülşən Şərif