• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

KİV: Rusiya dronları NATO bazasını hədəf alıb

DÜNYA

11 Sentyabr 2025 | 17:36

KİV: Rusiya dronları NATO bazasını hədəf alıb

Rusiyaya dronları NATO-nun Jeşuvdakı bazasına doğru uçurdu.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Spiegel” və “Welt" nəşrlərinin araşdırmaları göstərib.

    Nəşrlərin məlumatına görə, bazada Ukrayna ordusuna Qərb silahlarının çatdırılması həyata keçirilən logistika mərkəzi yerləşir.

    "Əlimizdə olan məlumata əsaslanaraq hesab edirik ki, bu pilotsuz uçuş aparatları çox güman ki, NATO-nun hava məkanına qəsdən daxil olublar", – deyə Alyansın yüksək vəzifəli zabiti nəşrə bildirib.

    Sentyabrın 10-u gecəsi Polşaya edilən dron hücumunu araşdıran jurnalistlər qeyd ediblər ki, NATO bazası ən azı 5 pilotsuz uçuş aparatının hədəfi olub. Onların qarşısını almaq üçün F-35 qırıcısı qaldırılıb, sonradan 3 dron vurulub, digər 2-si isə özləri yerə düşüblər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Noyabr 2026