• Bakı 22° C

    16.05 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Sertifikasiya imtahanı müsahibəsinin günü AÇIQLANDI

CƏMİYYƏT

11 Sentyabr 2025 | 18:46

Sertifikasiya imtahanı müsahibəsinin günü AÇIQLANDI

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Bu barədə Bakıvaxtı.az-a Təhsil İnstitutunun İnsan resusları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə məlumatları ilə tanış ola bilərlər:

"Müsahibə mərhələsi barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir. Xatırladaq ki, test imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqına 10%, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına isə 35% əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq".


SON XƏBƏRLƏR