• Bakı 21° C

    14.84 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

SENSASİYA: Rusiya PUA-ları birbaşa NATO bazasına uçurmuş...

DÜNYA

11 Sentyabr 2025 | 22:00

SENSASİYA: Rusiya PUA-ları birbaşa NATO bazasına uçurmuş...

Çərşənbə günü axşam NATO-nun daxili təhlükəsizlik brifinqi keçirilib və orada iyirmiyə yaxın rus pilotsuz təyyarəsinin Polşa hava məkanına necə girə bilməsi müzakirə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Die Velt” öz mənbələrinə istinadla yazıb.

Polşanın apardığı ilkin araşdırmaların nəticəsinə görə, PUA-lardan 5-i NATO-nun Polşada yerləşən və Ukraynaya hərbi yardım göndərdiyi bazasına doğru “birbaşa xətlə” uçub.

“NATO hesab edir ki, bu, alyansın cavab vermək sürətini və pilotsuz təyyarələrlə mübarizə üçün istifadə edəcəyi resursları yoxlamaq üçün edilib”, - nəşr bildirib.

Belə ki, aşkar edilmiş pilotsuz təyyarələrin qalıqları arasında heç bir partlayıcı qurğu olmayıb, bu isə Rusiyanın hücum deyil, “yoxlama” niyyətli olmasından qaynaqlanır.

Xatırladaq ki, 10 sentyabrda Rusiyanın 19 ədəd “Şahid” PUA-sı Polşaya hücum edib./Axar.az


SON XƏBƏRLƏR