• Bakı 21° C

    16.05 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Avropa öz təhlükəsizliyini təmin etməyi bacarmalıdır - Leyen

DÜNYA

11 Sentyabr 2025 | 16:45

Avropa öz təhlükəsizliyini təmin etməyi bacarmalıdır - Leyen

"Avropa öz təhlükəsizliyinin və müdafiəsinin qayğısına qalmalı, avropalıların hansı cəmiyyətdə və demokratiyada yaşamaq istədiklərinə qərar verməli, iqtisadiyyatını gücləndirən texnologiyalara və enerji mənbələrinə nəzarət etməlidir".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar sessiyasında çıxışı zamanı Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

Sessiyanın gündəliyinin əsas bəndlərindən biri Avropa İttifaqının vəziyyəti ilə bağlı illik debat olub və bu müzakirə zamanı Avropa Komissiyasının sədri Ursula fon der Leyenə onun sədrliyi dövründə gördüyü işlər və qarşıdan gələn proqramlar barədə suallar verilib.

O, Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiya paketini hazırladığını və tez bir zamanda Rusiya yanacağını tərk etməli olduğunu açıqlayıb.

"Avropa Komissiyası ticarət sahəsində Aİ-İsrail Assosiasiyası sazişini qismən dayandırmaq niyyətindədir. Yeni iqtisadi təşəbbüslərə "Scaleup Europe Fund", "Battery Booster" paketi, Keyfiyyətli İş Aktı və yoxsulluğun aradan qaldırılması strategiyası daxildir.  Aİ ticarət müharibəsinin qarşısını almaq üçün ABŞ ilə ən yaxşı sövdələşməyə malikdir", - AK sədri qeyd edib.

Qəzza zolağındakı vəziyyətə də toxunan Ursula fon der Leyen bildirib ki, aclıq heç vaxt müharibə silahına çevrilməməlidir.

Qeyd edək ki, Avropa Komissiyası sədrinin çıxışı AP-nin siyasi qruplarının reaksiyasına səbəb olub.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR