• Bakı 21° C

    16.05 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanında neçə nəfər iştirak edib? - RƏSMİ

CƏMİYYƏT

11 Sentyabr 2025 | 16:15

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanında neçə nəfər iştirak edib? - RƏSMİ

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı üzrə onlayn platformanın ictimaiyyətə təqdim olunmasından ötən müddətdə 996 nəfər (634 qadın və 362 kişi) qeydiyyatdan keçib və onlardan yalnız 771 nəfər imtahanda iştirak edib.

Bu barədə Bakıvaxtı.az-ən sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, qeydiyyatdan keçənlər arasında ali təhsilli şəxslər (bakalavriat – 204 nəfər, magistratura – 208 nəfər, doktorantura – 101 nəfər) üstünlük təşkil edir. Sınaq imtahanı iştirakçıları arasında  66 nəfər xarici ölkə vətəndaşı da var:

"ADSİ imtahanı Azərbaycan dilini xarici dil kimi öyrənən və rəsmi olaraq bilik səviyyəsini təsdiqləmək istəyənlər, Azərbaycanda işləmək və ya təhsil almaq arzusunda olan xarici vətəndaşlar, Azərbaycan dili üzrə bilik səviyyəsini beynəlxalq standartlara uyğun qiymətləndirmək istəyən şəxslər üçün nəzərdə tutulub. Azərbaycan dili Sertifikasiya İmtahanında iştirak edən şəxslərin nəticələri beynəlxalq standartlara uyğun (CEFR – Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) qiymətləndiriləcək. İmtahanın  nəticəsinə əsasən, namizədlərə müvafiq dil səviyyəsini (A1 – C2) göstərən sertifikat təqdim edilir. Bu sertifikat Azərbaycan dili üzrə bilik səviyyəsini rəsmi şəkildə təsdiq edəcək, təhsil, iş və digər sahələrdə istifadə imkanları yaradacaq".

Qeyd edək ki, Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının onlayn platforması 17 mart 2025-ci il tarixində sınaq məqsədilə istifadəyə verilib. Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan test tapşırıqlarının və mövcud mexanizmin effektivliyini dəyərləndirmək və sistemi daha da təkmilləşdirməkdir.

Mina Mikayılova
 


SON XƏBƏRLƏR