• Bakı 23° C

    16.05 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Naxçıvanda bank əmanətləri 54 %-dən çox artıb

CƏMİYYƏT

11 Sentyabr 2025 | 14:41

Naxçıvanda bank əmanətləri 54 %-dən çox artıb

Bu ilin avqust ayının 1-ə Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği milli valyuta ekvivalentində 32 milyon 752 min manat təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, bir il öncəyə nisbətən 54,4 % çoxdur.

Əmanətlərin 93,2 %-i milli, 6,8 %-i xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51,2 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 2,2 dəfə artıb.


SON XƏBƏRLƏR