• Bakı 23° C

    15.52 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Makron Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

SİYASƏT

11 Sentyabr 2025 | 15:37

Makron Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Fransa prezidenti Emmanuel Makron ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Bakıvaxtı.az "France 24"ə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron "X hesabında paylaşım edib.

O, paylaşımda "Prezident Trampla gözəl telefon danışığı. Biz Rusiyanın Ukraynaya qarşı apardığı təcavüz müharibəsindəki narahatlıq yaradan hadisələri, xüsusən də Rusiya pilotsuz təyyarələrinin Polşaya daxil olmasından sonra müzakirə etdik. Bu cəbhələrin hər birində avropalılar və amerikalılar arasında sıx əməkdaşlıq çox vacibdir. Biz birlikdə sülh və təhlükəsizliyə həlledici töhfə verə bilərik" sözlərini qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR