2026-cı ildə UEFA Superkubokunun keçiriləcəyi yer bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Matç Avstriyada “Zalsburq” stadionunda təşkil olunacaq.
Arena Avstriyanın “Red Bull Zalsburq” klubunun ev stadionudur. Bu stadion 2008-ci ildə Avropa çempionatının qrup mərhələsində 3 oyuna ev sahibliyi edib.