• Bakı 15° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

7 qol vurdu, oyun bitən kimi həbs olundu

İDMAN

11 Oktyabr 2025 | 18:54

7 qol vurdu, oyun bitən kimi həbs olundu

Finlandiyanın “Finnkurd” klubunun braziliyalı futbolçusu Jonatan Gerreyro həbs edilib

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. O, oyunların nəticələrini manipulyasiya etməkdə ittiham olunur.

Mənbənin məlumatına görə, Gerreyro və daha iki braziliyalı futbolçu Finlandiya çempionatının beşinci divizionunda keçirilən “Finnkurd” – “Espa/Renat” (8:1) oyunundan sonra saxlanılıb. Həmin qarşılaşmada Gerreyro 7 qol vurub. Polis oyun başa çatan kimi meydana daxil olaraq futbolçuları saxlayıb.

Araşdırma zamanı iki oyunçu mobil telefonları yoxlanıldıqdan sonra sərbəst buraxılıb, lakin 34 yaşlı Gerreyro istintaq çərçivəsində həbsdə saxlanılıb.

Qeyd edək ki, Jonatan Gerreyro bir neçə həftə əvvəl “Finnkurd” klubunun baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.


SON XƏBƏRLƏR