• Bakı 14° C

    1.83 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Azərbaycanın 6 cüdoçusu medal qazandı

İDMAN

11 Oktyabr 2025 | 20:49

Azərbaycanın 6 cüdoçusu medal qazandı

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, yarışın ilk günündə 6 cüdoçumuz medalçılar sırasında yer alıb.

Tofiq Məmmədov (-66 kiloqram) və Gültac Məmmədəliyeva (-52 kiloqram) bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub.

Hüseyn Allahyarov (-60 kiloqram) ilə Ülviyyə Bayramova (-57 kiloqram) gümüş medala yiyələniblər. Elşən Əsədov (-66 kiloqram) və İbrahim Əliyev (-73 kiloqram) millimizin aktivinə bürünc medal yazdırıblar.

Açıq turnirə milli komandamız 25 cüdoçu ilə qatılıb.


SON XƏBƏRLƏR

11 Oktyabr 2025