• Bakı 11° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Fransa millisinin heyətindən kənarlaşdırıldı

İDMAN

11 Oktyabr 2025 | 22:04

Fransa millisinin heyətindən kənarlaşdırıldı

Fransa millisinin heyətində dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Liverpul”un müdafiəçisi İbrahima Konate zədələndiyi üçün yığmadan kənarlaşdırılıb.

Futbolçu ötən gün Azərbaycana qarşı DÇ-2026-nın seçmə oyununda (3:0) sonadək ehtiyatda qalıb.

Onun yerinə milliyə “Marsel”in futbolçusu Benjamin Pavar çağırılıb.

Daha əvvəl millinin kapitanı Kilian Mbappe Azərbaycanla oyunda zədələndiyindən heyətdən xaric olunmuşdu.

Qeyd edək ki, Fransa oktyabrın 13-də səfərdə İslandiya ilə qarşılaşacaq.


SON XƏBƏRLƏR