• Bakı 15° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Bəhlul dünənki oyundan DANIŞDI - VİDEO

İDMAN

11 Oktyabr 2025 | 19:40

Bəhlul dünənki oyundan DANIŞDI - VİDEO

“Azarkeşlərin haqqımda təriflər etməsi müsbət təsir göstərir. Bu futbolçu olaraq bizim işimizdir. Milli komandanın tərkibindəyiksə, ikiqat diqqətli olmalıyıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ötən gün DÇ-2026-nın seçmə mərhələsində Fransa-Azərbaycan (3:0) matçından sonra sosial şəbəkələrdə gündəm olan yığmamızın futbolçusu Bəhlul Mustafazadə bildirib.

B. Mustafazadə oyunla bağlı təəssüratlarını da bölüşüb:

“Düşünürəm ki, ilk hissə daha yaxşı oynadıq. Rəqibin hücumlarının qarşısını alırdıq. Təəssüflər olsun ki, qol buraxdıq. Dediyim kimi, bəlkə də o qolu buraxmasaydıq, daha fərqli ikinci hissə izləyə bilərdik. Yenə də apardığımız mübarizə bu rəqibə qarşı yaxşı alındı. Daha yaxşı çıxış edə bilərik”.


SON XƏBƏRLƏR