• Bakı 16° C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Tramp sabah İstanbula gələ bilər

DÜNYA

15 May 2025 | 11:20

Tramp sabah İstanbula gələ bilər

“Ukrayna-Rusiya danışıqları üçün əlverişli olarsa, cümə günü Türkiyəyə gedəcəm".

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin təklif etdiyi və bu gün keçiriləcək İstanbul danışıqlarına qatılmayacağını bildirdikdən sonra Tramp da bugünkü danışıqlara qatılmayacağını bəyan edib.

Belə ki, İstanbulda keçiriləcək danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyəti Türkiyəyə gəlib.

Danışıqlarda xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargah Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak edəcəklər. Nümayəndə heyətinə Putinin müşaviri Vladimir Medinski başçılıq edəcək.

Mina Mikayılova


SON XƏBƏRLƏR