Tramp administrasiyası Harvard Universitetinə ayrılan 2,2 milyard dollarlıq qrant maliyyəsini dondurub.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, universitet Ağ Evin bir sıra tələblərini rədd etdikdən sonra 60 milyon dollarlıq çoxillik müqavilə də dondurulub.
Harvardın prezidenti Alan Qarber bildirib ki, universitet öz müstəqilliyinə güzəştə getməyəcək və konstitusiya hüquqlarından imtina etməyəcək.
Qeyd edək ki, ötən həftə Ağ Ev administrasiyası universitetə əlavə tələbləri, o cümlədən idarəetmədə dəyişikliklər, işə qəbul təcrübələri, qəbul prosesləri və bərabərlik, müxtəliflik və inklüziv proqramları əks etdirən məktub göndərib. Tramp administrasiyası bir çox Amerika universitetləri siyasətlərini dəyişdirməsələr, onlara ayrılan maliyyəni kəsməklə hədələyib.
Harvard Universitetinin rəhbərliyi isə Ağ Evin tələblərini rədd edib.
Gülşən Şərif