Futbol üzrə Misli Premyer Liqasının XXVII turunun açılış oyununda "Araz-Naxçıvan" "Şamaxı" ilə qarşılaşıb.
Bakıvaxtı.az-ın məlumatına görə, "Liv Bona Dea Arena"da baş tutan matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Hesabı meydan sahiblərindən 39-cu dəqiqədə Bernardo Diaş açıb. 68-ci dəqiqədə isə Cəlal Hüseynov qarşılaşmanın yekun hesabını müəyyənləşdirib.
Naxçıvan təmsilçisi 47 xalla üçüncü, qonaqlar 28 xalla altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.