• Bakı 11° C

    14.85 m/s

  • USD - 1.7

    EUR - 1.9326

    RUB - 2.04

Bu futbolçular yayda "Real"dan gedəcək

İDMAN

13 Aprel 2025 | 09:48

Bu futbolçular yayda Realdan gedəcək

"Real Madrid" cari mövsümdə o qədər də yaxşı oyun göstərməməsi fonunda qarşıdan gələn yay mövsümündə heyətini yeniləməyi planlaşdırır, nəticədə, bir neçə futbolçu klubu tərk edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AS məlumat verib.

Bildirilir ki, mövsümün sonunda 33 yaşlı sağ müdafiəçi Lukas Vaskesin komandanı tərk etməsi daha çox ehtimal olunur. Onun yerini Trent Aleksandr-Arnoldun tutacağı gözlənilir.

Həmçinin İspaniya klubunu 32 yaşlı müdafiəçi David Alaba və 39 yaşlı yarımmüdafiəçi Luka Modriç də tərk edə bilərlər. Xorvat futbolçunun klubla müqaviləsi qarşıdan gələn yay başa çatır və "Real"da onun müqaviləsinin uzadılmasının məqsədəuyğunluğuna əmin deyillər. Alabanın əmək müqaviləsi 2026-cı ilin yayında başa çatır, lakin klub onun ağır zədədən sonra əvvəlki yüksək səviyyəni göstərə biləcəyinə şübhə edir./oxu.az


SON XƏBƏRLƏR