• Bakı 17° C

    8.34 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Azərbaycan gimnastları Polşadakı turnirdə 17 medal qazanıblar

İDMAN

12 May 2025 | 14:43

Azərbaycan gimnastları Polşadakı turnirdə 17 medal qazanıblar

Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnirdə Azərbaycan millisinin üzvləri uğurlu çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, idmançılar yarışda 17 medal qazanıblar.

Batut gimnastikasında Fərhad Mustafayev, Samirə Hüseynova, Şəfiqə Hümbətova qızıl, Ammar Baxşalıyev qızıl və bürünc, Muhammed Həsənli gümüş, Nikita Koleşnikov gümüş və bürünc, Fərhad Vəliyev gümüş və bürünc, Aylin Ağazadə bürünc, Ayan Şabanova bürünc mükafata sahib çıxıblar.

Tamblinqdə Sənan Rzazadə, Tofiq Əliyev qızıl, Aleksey Karataşov, Mehdi Əliyev gümüş, Adil Hacızadə bürünc medal əldə edib.


SON XƏBƏRLƏR