“Son iki yoxlama oyunundan razı qaldım”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan yığmasına qarşı keçirdikləri yoxlama görüşündən sonra mətbuat konfransında deyib.
70 yaşlı mütəxəssis belə danışıb:
"Oyuna yaxşı başlamadıq. Bunun nəticəsində qapımızda erkən qol gördük. Dərhal cavab qolunu vursaq da, rəqib növbəti dəfə fərqlənməyi bacardı. İkinci hissə bizim üçün daha çətin keçdi. Daha çox top itkilərinə yol verirdik. Bərabərlik qolunu vuracağımıza çox inanırdıq. Təəssüf ki, bəzi futbolçularımızda yorğunluq hiss olunurdu. Ümumi götürsək, son iki yoxlama oyunundan razı qaldım".
"Liv Bona Dea Arena"da baş tutan Azərbaycan - Macarıstan oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.