• Bakı 27° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Ançelottiyə həbs cəzası - Dünya bu qərardan danışır

İDMAN

10 Iyul 2025 | 16:08

Ançelottiyə həbs cəzası - Dünya bu qərardan danışır

Braziliya milli futbol komandasının baş məşqçisi Karlo Ançelotti vergidən yayınma ittihamı ilə İspaniyada 1 il həbs cəzası və 386 min avro cərimə alıb.

Bakıvaxtı.az bu barədə milli.az-a istinadən xəbər verir.

İspaniyanın EFE xəbər agentliyinin məlumatına görə, 66 yaşlı italiyalı mütəxəssis 2014-cü ildə "Real Madrid"i çalışdırdığı dövrdə imic hüquqları ilə bağlı gəlirləri bəyan etmədiyinə görə vergidən yayınmaqda təqsirli bilinib. Məhkəmə həmçinin həmin dövrə aid potensial vergi öhdəliklərindən də onu azad edib.

Aprel ayında Madrid Əyalət Məhkəməsində keçirilən dinləmələr zamanı Ançelotti bildirib ki, xəzinəni aldatmaq niyyəti olmayıb və yalnız klubun və məsləhətçilərinin təlimatlarına əsasən hərəkət edib. O, bəraət istəsə də, məhkəmə cəzanı qüvvədə saxlayıb.

İspaniya qanunlarına görə, 2 ildən az cəza alan şəxslər əgər əvvəlki cinayətləri yoxdursa, adətən həbsxanaya göndərilmir. Bu səbəbdən Ançelottinin cəzanı şərti olaraq çəkməsi ehtimal olunur.

Qeyd edək ki, Ançelotti "Real Madrid"i 2013-2015 və 2021-2025-ci illərdə iki dəfə çalışdırıb. O, Madrid klubu ilə üç dəfə UEFA Çempionlar Liqasını, iki dəfə FIFA Klublararası Dünya Kubokunu, La Liqanı, Kral Kubokunu və digər bir neçə titulu qazanıb.


SON XƏBƏRLƏR

10 Iyul 2025