Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında növbəti uğuruna imza atıb.
Azərbaycan Karate Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, idmançı finala vəsiqə qazanıb.
Qeyd edək ki, həlledici görüşdə İ.Zaretskanın rəqibi İsveçrə təmsilçisi Elena Quirici olacaq.