Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Ukraynaya qarşı DÇ-2026-nın seçmə mərhələ oyunundan öncə mətbuat konfransında iştirak etməyib.
Bakıvaxtı.az xəbər verir ki, konfransa AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxıb və portuqaliyalı mütəxəssislə müqaviləyə xitam verildiyini açıqlayıb.
Komandanı müvəqqəti olaraq U-21 yığmamızın baş məşqçisi Ayxan Abbasov çalışdıracaq.