Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə Ermənistandan olan uşaqla dostluq etdiyini yazıb.
Bakıvaxtı.az xəbər verir ki, uşaq forvardı oyun zamanı müşayiət edib və matçın açılış mərasimi zamanı o, öz emosiyalarını saxlaya bilməyib və ağlamağa başlayıb, bundan sonra Kriştiano onu qucaqlayaraq ruhlandırıb.
"Dünən mən yeni dost qazandım! Hər gün sevgi və dəstəyə görə minnətdaram. Ümid edirəm ki, hər kəs öz arzularının ardınca gedəcək!", - deyə 40 yaşlı portuqaliyalı bildirib.