• Bakı 21° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

"Qarabağ" klubu "Atletik"lə oyuna görə azarkeşlərə müraciət edib

İDMAN

07 Oktyabr 2025 | 13:01

Qarabağ klubu Atletiklə oyuna görə azarkeşlərə müraciət edib

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda, İspaniyada "Atletik"ə qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb.

Bildirilib ki, komandanı İspaniyada dəstəkləmək istəyən azarkeşlər səfər oyunu üçün vauçerləri oktyabrın 15-dən əldə edə biləcəklər.

Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı əlavə məlumat daha sonra klubun sosial media hesablarında açıqlanacaq.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.


SON XƏBƏRLƏR