• Bakı 29° C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

"Real"ın prezidenti Modriçə baş məşqçi vəzifəsi təklif etdi

İDMAN

08 Avqust 2025 | 15:15

Realın prezidenti Modriçə baş məşqçi vəzifəsi təklif etdi

İspaniya təmsilçisi "Real"ın (Madrid) prezidenti Florentino Peres klubun keçmiş futbolçusu Luka Modriçlə görüşüb və ona gələcəkdə gənclərdən ibarət komandada baş məşqçi işləməyi təklif edib.

Bakıvaxtı.az "Defensa Central"a istinadən xəbər verir ki, "Kral klubu"nun rəhbəri Modriçi yenidən öz aralarında görməkdən məmnun olacağını bildirib.

Qeyd edək ki, daha əvvəl "Real"da çıxış etmiş futbolçulardan Raul Qonsales, Quti, Zinəddin Zidan, Alvaro Arbeloa və əsas komandanın hazırkı baş məşqçisi Xabi Alonso da klubun gənclərdən ibarət komandasında işləyiblər.


SON XƏBƏRLƏR