• Bakı 25° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Azərbaycan - Ukrayna oyununun hakimləri açıqlandı

İDMAN

07 Sentyabr 2025 | 13:20

Azərbaycan - Ukrayna oyununun hakimləri açıqlandı

Azərbaycan millisinin Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Yunanıstandan olan ədalət təmsilçilərinə tapşırılıb.

FİFA referisi Vassilis Fotiasa Andreas Meintanas və Mixail Papadakis köməklik göstərəcək. Dördüncü hakim funksiyasınl Anastasion Papapetru yerinə yetirəcək.

VAR-da Angelos Evangelu, AVAR-da Yoannis Papadopulos əyləşəcək.

Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.


SON XƏBƏRLƏR

06 Sentyabr 2025