• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Cüdoçularımız Avropa çempionatında birinci olub

İDMAN

06 Sentyabr 2025 | 21:28

Cüdoçularımız Avropa çempionatında birinci olub

Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında fərdi mübarizələr başa çatıb.

Bakıvaxtı.az federasiyanın saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandası qitə birinciliyini 3 medalla tamamlayıb. 

İlk yarış günündə Nihad Məmişov (-60 kq) və Məhəmməd Musayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Nizami İmranov (-66 kq) isə turniri bürünc medalla tamamlayıb. 

Daha əvvəl yeniyetmələr arasında 2 qat dünya çempionu olan Nihad Məmişov karyerasında ilk dəfə Avropa çempionatının qızıl medalına sahib çıxıb. Məhəmməd Musayev gənclər arasında -66 kq çəkidə Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb. Daha bir əlamətdar nailiyyət isə Nizami İmranovun ardıcıl üçüncü il qitə turnirində medal qazanması olub. 

Qeyd edək ki, Fərid Qarayev (-60 kq) yarışı 5-ci, Əbil Yusubov 7-ci pillədə başa vurub. 

Aktivində 2 qızıl və 1 bürünc medal olan Azərbaycan yığması 43 ölkənin mübarizəsində oğlanlar arasında birinci yeri tutub.


SON XƏBƏRLƏR

06 Sentyabr 2025