• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Portuqaliya futbolçu yayda ərəblərin üç təklfini rədd edib

İDMAN

07 Sentyabr 2025 | 11:26 | Müəllif: Subhan Mahmudov

Portuqaliya futbolçu yayda ərəblərin üç təklfini rədd edib

Portuqaliyalı futbolçu Brunu Fernandeş yay transfer dönəmində Səudiyyə Ərəbistanı klublarından gələn üç təklifi rədd edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Talksport" nəşri məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi İngiltərənin "Mançester Yunayted" komandasında qalmağa qərar verib. 

Ərəblər gələn ilin yayında da Fernandeşi almağa cəhd edəcəklər.

Qeyd edək ki, Brunu Fernandeş 2020-ci ildən "qırmıızı şeytanlar"da çıxış edir. O, bu müddət ərzində 294 matçda 99 qol və 86 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmmüdafiəçinin hazırkı klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026