"Arsenal" futbolçusu Leandro Trossardı buraxmaq niyyətində deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Mətbuatda son günlərdə 30 yaşlı belçikalı yarımmüdafiəçinin "Beşiktaş"a keçəcəyi ilə bağlı xəbərlər yayılsa da o, artıq London klubu ilə yeni sözləşməyə razılıq verib. Bu səbəbdən də oyunçunun Türkiyə Superliqasına keçidi baş tutmayacaq.
Qeyd edək ki, Leandro Trossardın "Arsenal"la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. /Qol.az