UFC Şöhrət Zalının üzvü Daniel Kormye yüngül çəkidə keçmiş çempion Çarlz Oliveyranın azərbaycanlı Rafael Fiziyevlə döyüşmək qərarını tənqid edib.
Bakıvaxtı.az xəbər verir ki, Kormye bu barədə şəxsi yutub kanalında video müraciət yayıb.
“Məncə, Oliveyranın İliya Topuriyaya nokaut olduqdan üç ay sonra döyüşmək qərarı ən yaxşı seçim deyildi. Kimsə belə qərarlar verəndə mən həmişə onları əhatə edən komanda barədə düşünürəm. Çarlz böyük döyüşçülərdən biridir və mən sadəcə olaraq, keçən dəfə baş verənlərin yenidən təkrarlanmasını istəmirəm", - deyə Kormye bildirib.
Qeyd edək ki, Rafael Fiziyev Çarlz Oliveyra ilə oktyabrın 11-də Braziliyanın Rio-de-Janeyro şəhərində üz-üzə gələcək.
Daniel Kormye yarım ağır çəki dərəcəsində iki dəfə kəmər qazanıb.