• Bakı 30° C

    10.21 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Ermənistanla Azərbaycan arasında futbol matçı baş tutacaq? - GÖZLƏNTİLƏR

İDMAN

08 Avqust 2025 | 14:11

Ermənistanla Azərbaycan arasında futbol matçı baş tutacaq? - GÖZLƏNTİLƏR

Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən gərginliklərin arxasında normallaşma prosesinin başlanması, iki ölkə arasındakı münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.

Bu proses yalnız siyasi və diplomatik sahələrdə deyil, həm də sosial, mədəni və idman əlaqələrində özünü büruzə verir. Xüsusilə, futbol kimi böyük maraq doğuran idman yarışlarının gələcəkdə birgə və ya rəqib olaraq keçirilib-keçirilməyəcəyi ilə bağlı suallar aktuallığını qoruyur.

Bakıvaxtı.az ilə söhbətində tanınmış idman şərhçisi Pərviz Musayev bildirib ki, futbol və digər idman növlərində, adətən, yarışlar püşkatma əsasında keçirilir və bu zaman Ermənistan və Azərbaycan komandaları bir-birinin rəqibi olmurlar.

Musayevin sözlərinə görə, FIFA və UEFA səviyyəsində keçirilən yarışlarda ölkələr adətən püşkatma zamanı ayrılır və rəqib olmurlar. Lakin idman və futbol yarışlarının keçirilməsindən əvvəl bir çox vacib məsələlər həll olunmalıdır və normallaşma prosesinin müxtəlif aspektləri tamamlanmalıdır.

Pərviz Musayev, idman şərhçisi

P.Musayev, həmçinin vurğulayıb ki, idman yarışlarında rəqib olmaq adi haldır və müxtəlif idman növlərində belə hallar geniş yayılıb. Onun sözlərinə görə, Azərbaycanda təşkil olunan yarışlarda erməni idmançıların iştirakına, eləcə də bu prosesin əksi kimi hallara rast gəlinib.

"Normallaşma prosesinin tam formalaşmasından sonra idman təşkilatları, həmçinin müvafiq qərarlar qəbul edəcək və idman sahəsində əməkdaşlıq, rəqabət üçün münbit şərait yaranacaq",- Pərviz Musayev əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR