Zədəli əcnəbi futbolçuların sayının çox olması və uzunmüddətli müqavilələrlə bağlı problemlərə görə klublar Türkiyə Futbol Federasiyasına (TFF) əcnəbi futbolçuların sayının 14-dən 16-ya yüksəldilməsi üçün müraciət ediblər.
Bakıvaxtı.az xəbər verir ki, TFF gələn həftə keçiriləcək iclasında tələb barədə qərar verəcəyi ilə bağlı bəyanat yayıb.
Qeyd edək ki, Türkiyə Superliqasında yeni mövsümə ötən gecə keçirilən "Qaziantep" - "Qalatasaray" matçı ilə start verilib. Görüş "sarı-qırmızılar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.