• Bakı 28° C

    10.43 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Natali Qule: "Fransa kor-koranə erməni lobbisinin ardınca düşməsəydi,..."

DÜNYA

09 Avqust 2025 | 13:41

Natali Qule: Fransa kor-koranə erməni lobbisinin ardınca düşməsəydi,...

Fransız siyasətçilərin əksəriyyəti kor-koranə erməni lobbisinin ardınca düşməsəydi, Paris sülh prosesində mühüm rol oynaya bilərdi.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Fransa Senatının üzvü Natali Qule bildirib.

O, Fransanın balanssız siyasət yürütdüyünü vurğulayıb.

“Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Prezident Donald Trampın himayəsi ilə yazdığı tarixi səhifədən çox məmnunam. Siyasətçilərinin 99,99 faizi kor-koranə erməni lobbisinin ardınca düşməsəydi, Fransa da sülh prosesində mühüm rol oynaya bilərdi. İndi isə Fransa bu prosesdə iştirak etmir. Ümid edirəm ki, Fransa tezliklə Azərbaycanla yaxşı münasibətləri bərpa edəcək. Həmişə haqlı olan tərəfin yanında olduğuma görə fəxr edirəm”, - o deyib.


SON XƏBƏRLƏR