ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı heç bir məsələdən razı olmadığını bildirib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumatda qeyd edilib ki, o, Rusiyanın Kiyevdə hökumət binasını vurmasından sonra vəziyyətin narahatedici olduğunu vurğulayıb.
Tramp Putinə qarşı daha sərt lider olmadığını iddia edərək müharibəni dayandırmaq üçün səylərinin davam etdiyini qeyd edib. Onun sözlərinə görə, yaxın günlərdə Avropa liderləri ilə Vaşinqtonda maraqlı müzakirələr aparılacaq.
Tramp, həmçinin Qəzzadakı vəziyyətin də yaxın zamanda razılaşma ilə həll olunacağına inandığını deyib.
Əli Hüseynov