Ukrayna Rusiyanın Belqorod vilayətinə raket zərbəsi endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov bildirib.
İlkin məlumatlara görə, raket zərbəsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
"Şebekinski rayonunun Maslova Pristan qəsəbəsi raket atəşinə tutulub. İlkin məlumata görə, 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Sosial obyekt binası qismən dağılıb. Artıq Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və özünümüdafiə qüvvələri hadisə yerindədir, dağıntıları təmizləyir. Dağıntılar altında insanlar ola bilər", - qubernator qeyd edib.