Boliviyanın keçmiş müvəqqəti prezidenti Janin Anyes azadlığa buraxılıb.
Bakıvaxtı.az xəbər verir ki, Boliviya Ali Məhkəməsi 2022-ci ildə çevriliş cəhdinə görə 10 il həbs cəzasına məhkum edilmiş keçmiş prezident vəzifəsini icra edən Janin Anyesin azadlığa buraxılması hökmünü elan edib.
Anyes 2019-cu ildən 2020-ci ilə qədər Boliviyanın prezidenti vəzifəsini icra edib. 2021-ci ildə o, çevriliş cəhdi ittihamı ilə həbs edilib. Növbəti il məhkəmə Janin Anyesi konstitusiya qanununu pozmaqda və 2019-cu ildə keçmiş Boliviya prezidenti Evo Moralesi devirmək üçün sui-qəsddə günahkar bilib. Anyes ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Xatırladaq ki, Evo Morales 2006-cı ildən 2019-cu ilə qədər Boliviya prezidenti vəzifəsini icra edib. O, ölkə daxilində keçirilən kütləvi etirazlardan və nümayişçilərin hökuməti seçki pozuntularında ittiham etməsindən sonra istefa verib. Evo Moraleslə birlikdə Boliviyanın bütün ali rəhbərliyi istefa verib.
Bakı 



