• Bakı C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

İndoneziyada daşqınlar: Ölənlərin sayı 900 nəfəri keçdi

DÜNYA

06 Dekabr 2025 | 23:57

İndoneziyada daşqınlar: Ölənlərin sayı 900 nəfəri keçdi

İndoneziyanın Sumatra adasında daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 900 nəfəri keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl 846 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, Sumatranın üç əyalətində siklonun yaratdığı daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı 916 nəfərə çatıb, 274 nəfər isə itkin düşmüş hesab olunur.

Qeyd olunub ki, siklon həmçinin Tailandın cənubunda və Malayziyada təxminən 200 nəfərin ölümünə səbəb olub.

Sumatradakı yerli hökumət rəsmiləri Cakartadakı milli hökuməti ölkədə fövqəladə vəziyyət elan etməyə çağırıblar. Bununla yanaşı, xilasetmə və humanitar əməliyyatlar üçün əlavə vəsaitlərin ayrılması istənilib.


SON XƏBƏRLƏR

06 Dekabr 2025