• Bakı C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

"Mən tanrı adamı və Venesuela prezidentiyəm" - Maduro

DÜNYA

05 Yanvar 2026 | 23:50

Mən tanrı adamı və Venesuela prezidentiyəm - Maduro

Nikolas Maduro Nyu-York məhkəmə iclasında özünəinamlı və iddialı görünüb. 

Bakıvaxtı.az xəbər verir ki, belə bir məlumatı CNN yayıb. 

Məhkəmə zalında iştirak edən CNN jurnalisti Laura Koutesin sözlərinə görə, Venesuela prezidenti "özünəinamlı" və "iddialı" görünüb. O, Maduronun ucadan, aydın danışdığını və sözlərini diqqətlə seçdiyini, fikrini çatdırmağa çalışdığını qeyd edib.

Maduro həbsini alçaldıcı hesab etdiyini bildirib və öz evindən aparıldığını və əsir götürüldüyünü vurğulayıb. O, özünü müharibə əsiri kimi təsvir edib. Koutesin sözlərinə görə, Maduro özünəinamla danışıb, barmaqlarını qarşısındakı masaya qoyub və dinləmə zamanı fəal şəkildə qeydlər aparıb.

Eyni zamanda, CNN jurnalisti Omar Ximenez bildirib ki, Maduronun həyat yoldaşı Silia Flores travma alıb - bəzən özünü saxlaya bilməyib və başını aşağı salıb. Müxbirlərin sözlərinə görə, Maduro özü də fiziki çətinliklərlə üzləşib, oturub-durmaqda çətinlik çəkib.

Görüş başa çatdıqdan sonra otaqdakı kişilərdən biri ayağa qalxıb Maduroya ispan dilində qışqıraraq "Venesuelaya etdiklərinə görə cavab verəcəyini" bildirib. Buna cavab olaraq Maduro səmanı göstərərək "Mən tanrı adamı və Venesuela prezidentiyəm" deyib.


SON XƏBƏRLƏR