• Bakı C

    11.04 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Tayvanın Çindən ayrılmasına heç vaxt icazə verilməyəcək Si Cinpin

DÜNYA

04 Fevral 2026 | 21:17

Tayvanın Çindən ayrılmasına heç vaxt icazə verilməyəcək Si Cinpin

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığında Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində ən vacib məsələ olduğunu, Tayvanın Çindən ayrılmasına heç vaxt icazə verilməyəcəyini deyib.

Bakıvaxtı.az Çin tərəfinin telefon danışığına dair yaydığı rəsmi məlumata istinadla xəbər verir ki, Sədr Si Cinpin Birləşmiş Ştatların Tayvana silah satışına ehtiyatla yanaşmalı olduğunu deyib.

Qeyd edək ki, rəsmi Pekin Tayvan məsələsini Çin-ABŞ münasibətlərində keçilməz ilk qırmızı xətt kimi dəyərləndirib. Çin ABŞ-ın Tayvana silah satışının "Vahid Çin" prinsipini, Çinin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozduğunu, Tayvan boğazında sülhə və sabitliyə zərər vurduğunu, “Tayvanın müstəqilliyi”ni müdafiə edən separatçı qüvvələrə son dərəcə səhv bir siqnal göndərdiyini dəfələrlə bəyan edib.


SON XƏBƏRLƏR