• Bakı 23° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Putin İvanovu işdən ÇIXARDI

DÜNYA

04 Fevral 2026 | 20:24 | Müəllif: Subhan Mahmudov

Putin İvanovu işdən ÇIXARDI

Rusiya Prezidenti Vladimir Putin Sergey İvanovun təbiəti mühafizə fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndə vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, fərman hüquqi məlumat portalında yerləşdirilib.

Sergey İvanov hazırda 73 yaşındadır. O, 2001-2007-ci illərdə Rusiyanın müdafiə naziri, 2011-2016-cı illərdə isə Rusiya Prezident Administrasiyasına rəhbərlik edib.

Qeyd edək ki, Sergey İvanov təbiəti mühafizə fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndə vəzifəsinə 12 avqust 2016-cı ildə təyin edilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026