Güclü qar yanvarın 5-də Parisdə və ətraf rayonlarda nəqliyyatın işində ciddi fasilələrə səbəb olub.
Bakıvaxtı.az "La Liberte"yə istinadən xəbər verir ki, axşam saatlarında qar yağması və istirahət günləri vətəndaşların küçəyə çıxması səbəbindən Fransa paytaxtının avtomobil yollarında rekord həddə, 900 kilometrlik tıxac yaranıb.
Qeyd edilib ki, səhər saatlarında Parisdə avtobusların hərəkəti dayandırılıb, ölkənin aviasiya şirkətləri uçuşların sayını azaldıb.
"Aviasiya şirkətləri bazar ertəsi Paris-Şarl-de-Qoll və Paris-Orli hava limanlarında uçuşların sayını 15% azaltmalıdırlar. Bu tədbirlər uçuş-enmə zolaqlarının qardan təmizlənməsi və buzlaşmanın qarşısını almaq üçün təyyarələrin işlənməsi üçün zəruridir", - Fransanın nəqliyyat naziri Filipp Tabaro mətbuat konfransında vurğulayıb.
Qeyd edək ki, 5 yanvarda Fransanın qərbində güclü qar yağıb, daha sonra eyni hava şəraiti Paris regionunda nəqliyyatın hərəkətində əhəmiyyətli fasilələrə səbəb olub.
Bakı 




