İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu, eləcə də Necati Özkan, Hüseyn Gün və jurnalist Merdan Yanardağ barəsində “casusluq işi” ilə bağlı ittiham aktı hazırlanıb.
Bakıvaxtı.az türk mətbuatına istinadən xəbər verir ki, ittiham aktı İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində tərtib olunub.
Məlumata əsasən, Əkrəm İmamoğlu barəsində “siyasi casusluq” maddəsi ilə cinayət işi açılıb. İttiham aktında şübhəlilərin “siyasi casusluq” maddəsi üzrə 15 ildən 20 ilədək azadlıqdan məhrum edilmələri tələb olunub.
Qeyd edək ki, ötən ilin oktyabrında Ə.İmamoğlu, onun seçki kampaniyasının rəhbəri Necati Özkan və jurnalist Merdan Yanardağ barəsində casusluq ittihamı ilə istintaqa başlanılıb.
Xatırladaq ki, Əkrəm İmamoğlu ötən ilin martında İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan araşdırma çərçivəsində saxlanılıb. Onun evində axtarış aparılıb, daha sonra tibbi müayinəyə aparılıb. Həmin istintaq çərçivəsində ümumilikdə 100-dən artıq şəxsin saxlanıldığı bildirilir.
Əlavə edək ki, Əkrəm İmamoğlu 2019-cu ildə Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilmişdi.
Bakı 




