• Bakı C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Türkiyə hibrid mühərriki kosmosda işə salan İLK ÖLKƏ OLDU

DÜNYA

06 Dekabr 2025 | 23:41

Türkiyə hibrid mühərriki kosmosda işə salan İLK ÖLKƏ OLDU

Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin "Baykar" şirkəti məlumat yayıb.

Bildirilib ki, "Fergani Uzay" tərəfindən ölkənin tamamilə milli imkanlarla hazırlanmış ilk kosmik transfer vasitəsi olan "FGN-TUG-S01" kosmosda ən kritik manevrini uğurla tamamlayıb.

Belə ki, dekabrın 6-sı, Bakı vaxtı ilə saat 08:46-da "FGN-TUG-S01" əsas hibrid təkan sistemini işə salıb. 35 saniyə davam edən əməliyyat qüsursuz şəkildə icra olunub.

"Bu əməliyyat yalnız Türkiyənin milli imkanlarla hazırladığı hibrid mühərrik texnologiyası ilə kosmosda həyata keçirilən ilk işə salma əməliyyatı deyil, həm də dünya miqyasında bir ilkdir", - məlumatda qeyd olunub.

Sözügedən manevrin uğurla tamamlanmasından sonra missiyanın ikinci kritik mərhələsi – "CubeSat"ın ayrılması başlayıb. Bu proses də uğurla başa çatıb.

"Uğurla tamamlanan bu missiya "Fergani Uzay"ın inşa etməyi hədəflədiyi "Uluğ Bəy" Qlobal Mövqeləndirmə Sistemi üçün də kritik infrastruktur yaradır. "Fergani Uzay" bu texnologiya sayəsində gələcəkdə peyk qruplarını müxtəlif orbitlərə öz vasitələri ilə yerləşdirə biləcək", - məlumatda vurğulanıb.


SON XƏBƏRLƏR

06 Dekabr 2025