İsrail diaspor işləri naziri Amiçai Şikli Nyu-York şəhərində yaşayan yəhudi icmasını İsrailə qayıtmağı düşünməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, Şikli bu təklifi Zöhran Mamdaninin Nyu-York şəhərinin meri seçilməsindən sonra səsləndirilib.
"Bir vaxtlar universal azadlığı simvolizə edən bir şəhər açarlarını HƏMAS tərəfdarına təhvil verib. Mən Nyu-York yəhudilərini İsrail torpaqlarındakı yeni yerlərini düşünməyə çağırıram”, - deyə o bildirib.
Şikli hesab edir ki, Mamdaninin mer seçilməsi Nyu-York şəhəri üçün vacib bir dönüş nöqtəsi idi.
O əlavə edib ki, Nyu-York şəhəri, xüsusən də yəhudi icması üçün heç vaxt əvvəlki kimi olmayacaq.
Qeyd edək ki, noyabrın 5-də Mamdani seçkilərdə qalib gələrək Nyu-York şəhərinin meri olub. Mamdani bu vəzifəni tutan ilk müsəlmandır./Musavat.com
Bakı 



