Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 8-də Londona səfəri zamanı Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Mertslə görüşəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Qəzet görüşdə əsas müzakirə mövzusunun sülh yolu ilə nizamlanma, həmçinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri mövzusunda Vaşinqton və Kiyev arasında aparılan danışıqlar olacağını qeyd edir.
Xatırladaq ki, dekabrın 3-nə keçən gecə Rusiya lideri Vladimir Putin, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner arasında danışıqlar baş tutmuşdu. Görüşdə tərəflər Amerikanın sülh planı ilə bağlı kompromis tapa bilməmişdilər.
Bakı 



