• Bakı C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Bu saziş 50 ildir qüvvədədir və uğurludur!

DÜNYA

06 Dekabr 2025 | 20:44

Bu saziş 50 ildir qüvvədədir və uğurludur!

İsrailin demilitarizasiya zonası yaratmaq tələbləri Suriyanı təhlükəli vəziyyətə salır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara Dohada keçirilən forumda bəyan edib.

"Dəməşq İsraillə 1974-cü ildə imzalanmış ayrılma sazişinə riayət olunmasında israr edir. Bu saziş artıq 50 ildən çoxdur qüvvədədir və müəyyən mənada uğurlu sazişdir", - o vurğulayıb.

Əş-Şara bildirib ki, sazişə müdaxilə və demilitarizasiya zonası kimi digər razılaşmalara cəhd ərəb dövlətini təhlükəli vəziyyətə sala bilər:

"İsraillə sərhəddə demilitarizasiya olunmuş bufer zonası yaradılması barədə söhbət təhlükəli mövzudur. Sual yaranır: bu zonanın təhlükəsizliyini kim təmin edəcək, kim idarə edəcək? Əgər orada Suriya ordusu və təhlükəsizlik qüvvələri olmayacaqsa, bu, tamamilə məntiqli narahatlıqdır".

Qeyd edək ki, İsrail qoşunları hələ də BMT-nin patrul çəkdiyi Qolan təpələrindəki əraziləri işğal altında saxlayır və dəfələrlə Suriyanın dərinliklərində hərbi əməliyyatlar həyata keçirib./Report


SON XƏBƏRLƏR

02 Mart 2026