• Bakı C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

“Onlar ölkəmizə nifrət edirlər” - Tramp

DÜNYA

05 Yanvar 2026 | 20:14

“Onlar ölkəmizə nifrət edirlər” - Tramp

ABŞ Prezidenti Donald Tramp tətbiq edilən tarif siyasəti nəticəsində ölkə büdcəsinə 600 milyard dollardan çox vəsait daxil olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün “Truth Social” platformasında paylaşım edib.

Tramp qeyd edib ki, ABŞ artıq 600 milyard dollardan çox tarif gəliri əldə edib və bu rəqəm artmaqda davam edir:

“Saxta media bu barədə danışmaqdan imtina edir, çünki onlar ölkəmizə nifrət edirlər. Tariflər ABŞ-ni həm maliyyə, həm də milli təhlükəsizlik baxımından tarixdə heç vaxt olmadığı qədər güclü və nüfuzlu edib. ABŞ Ali Məhkəməsi tərəfindən veriləcək tarif qərarı ölkə tarixi üçün ən mühüm hadisələrdən biri olacaq”.


SON XƏBƏRLƏR

06 Yanvar 2026