Rusiya Ukraynanın Donetsk vilayətinin Drujkovka şəhərinə zərbələr endirib, 6 nəfər ölüb, bir nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.
Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib ki, Drujkovkaya endirdiyi bugünkü zərbələr nəticəsində azı 6 nəfər ölüb və 1 nəfər yaralanıb.
Bundan əlavə, V.Filaşkinin sözlərinə görə, zərbələr nəticəsində sənaye zonası, üç çoxmərtəbəli və üç fərdi yaşayış evi zədələnib.
Bakı 




